• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ölümə aparan taksilər: Günahkar kimdir? - AÇIQLAMA

CƏMİYYƏT

29 Oktyabr 2021 | 17:19

Ölümə aparan taksilər: Günahkar kimdir? - AÇIQLAMA

Son zamanlar taksi xidməti göstərən nəqliyyat vasitələrinin iştirakı ilə qəzaların, ölüm hallarının artması müşahidə olunur. İnternetdə yayımlanan xəbərlərə əsasən qəzalar daha çox “Bolt” taksi şirkətinə və “Uber” taksi şirkətinə məxsus avtomobillərin iştirakı ilə baş verir.

Nəqliyyat məsələləri üzrə ekspert Eyyub Əliyev Bakıvaxtı.az-a bildirib ki, taksi şirkətləri sərnişinlərin həyatını təhlükəyə atmaqla yanaşı xidmət səviyyəsi də çox aşağıdır.

“Avomobilimi satışa qoyduğum üçün son zamanlar taksilərin xidmətindən istifadə edirəm. Müşahidə edirəm ki, xidmət səviyyəsi çox aşağıdır. Bəli, taksi şirkətləri ucuz qiymətlər təklif edirlər. Necə deyərlər, ucuz ətin şorbası olmaz”, - deyə E.Əliyev bildirib.

Ekspert qeyd edib ki, taksi şirkətlərinin qoyduğu şərtlərə əsasən taksi sürücüləri 8 saatdan çox işləyirlər: “Bu tələb Əmək Məcəlləsinin müvafiq maddəsinin pozulması deməkdir. Əlbəttə 8 saatdan çox işləyən taksi sürücüsü qəza törədəcək. Onlar sükan arxasında yuxulayırlar.

Hesab edirəm ki, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi və keyfiyyətli xidmətin göstərilməsi üçün bu sahəyə dövlətin nəzarəti artırılmalıdır. Sürücülər lisenziya əsasında taksi xidməti göstərməlidir. Taksi sürücülərinin psixoloji durumu öyrənilməlidir. Sürücülər mütəmadi olaraq həkim müayinəsindən keçməlidirlər, onların narkotik vasitələrdən istifadə edib-etməməsi öyənilməlidir”, - deyə ekspert bildirib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026