Müğənni Lətifə Soyuöz ötən gün dünyasını dəyişən rejissor Anar Hüseynovla bağlı paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, ifaçı mərhumla yaxın dost olduqlarını və onun ölümündən çox kədərləndiyini bildirib:
"Əziz dostum, dəyərli rejissorum, Azərbaycan klip aləmində tayı-bərabəri olmayan ad, yeni cığır açan Anar Hüseynov bizi böyük kədərə boğdu. Gözəl insan, böyük ürəyə sahib dostumu itirdim. Birlikdə daha nələr etməyi planlaşdırırdıq, nələr çəkəcəkdik. Hər iş birliyimiz bir partlayış idi. Hər işimiz bir qısa film idi. Dörd il əvvəl mənə sonuncu ssenarini verdin, indi məndədir. Əlimi qəlbimə qoyaraq söyləyirəm, sənin kimi böyük dünyasını olan rejissor hələ ölkədə görməmişəm. Əgər nə vaxtsa görsəm, biləcəm ki, bir daha dünyaya gəldin.
Ürəyim darmadağın oldu. Ölümün çox ağır itki oldu. Sənin kimi rejissor dünya ulduzu olmalı idi. Nur içində yat, Hollivud düşüncəli dostum".
Qeyd edək ki, Lətifənin kliplərinin müəllifi Anar Hüseynov olub. Anar ötən gün Rusiyada dünyasını dəyişib.






jpg-1675925420.webp)









