• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Önümüzdəki dövrdə Afrika qitəsi..." - Ərdoğan  

CƏMİYYƏT

13 Oktyabr 2023 | 17:14

"Önümüzdəki dövrdə Afrika qitəsi..." - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində keçirilən 4-cü Türkiyə-Afrika İş və İqtisadiyyat Forumunun Bağlanış Mərasimində iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, foruma Türkiyə və Afrikadan 3900 iş adamı, 24 ölkədən nazir və nazir müavinləri, 22 ölkədən yüksək səviyyəli nümayəndə qatılıb.

Forumda qarşılıqlı sərmayələrin artırılması, rəqəmsal transformasiya sahəsində tərəfdaşlıq və enerji sahəsində əməkdaşlığa çağırışlar edilib. Forumda əməkdaşlıq və işgüzar şuraların yaradılması və yenilənməsi daxil olmaqla 4 sazişin imzalanması mərasimi olub.

“Hesab edirik ki, önümüzdəki dövrdə Afrika qitəsi azad ticarət zonası üçün mühüm imkanlar yaradacaq. Qitə ilə 5,4 milyard dollar olan ticarət həcmi 41 milyard dollara yaxınlaşıb. Afrikaya investisiyalarımız 10 milyard dolları keçdi”. 

Bunu Prezident Ərdoğan forumda etdiyi çıxışda bildirib.

“Biz Afrika coğrafiyasının uğurunu öz uğurumuz hesab edirik. Biz Afrika Birliyinin G20 üzvlüyünə əvvəldən dəstəkləmişik. Demək istərdim ki, Afrika qitəsinin qlobal sistemdə layiq olduğu yeri tutması üçün lazım olan hər cür töhfəni verəcəyik”, -deyə Ərdoğan bildirib.

İbRa 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026