• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Operativ Qərargahdan toylarla bağlı AÇIQLAMA 

GÜNDƏM

21 Iyun 2021 | 12:25

Operativ Qərargahdan toylarla bağlı AÇIQLAMA

Azərbaycanda koronavirus infeksiyasının son günlər azalması səbəbindən xüsusi karantin rejimi çərçivəsində toyla bağlı məhdudiyyətin ləğv ediləcəyi gözlənilir. 

Dövlət qurumundakı mənbədən Bakıvaxtı.az-a verilən məlumata görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yaxın günlərdə qərar verəcək. 

Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqə saxladıq. 

“Bu barədə açıqlama verməyə hazır deyiləm. İndi məndə yaxın günlərdə brifinqin keçiriləcəyi və toylara icazənin verilməsi ilə bağlı məlumat yoxdur”,-deyə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026