• Bakı 10° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Ordubadın üç kəndində işıq olmayacaq

CƏMİYYƏT

13 Fevral 2026 | 16:47

Ordubadın üç kəndində işıq olmayacaq

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun üç kəndində elektrik enerjisinin verilişi dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, fevralın 14-də "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar Düylün 35/10 kV-luq yarımstansiyadan çıxan Aza 10 kV-luq elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq. Aparılacaq işlərlə əlaqədar Aza, Azad və Dar kəndlərində saat 14:00-dan 16:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.


SON XƏBƏRLƏR