• Bakı 18° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Ordumuzun mövqeləri atəşə tutuldu

HADİSƏ

30 Dekabr 2022 | 12:20

Ordumuzun mövqeləri atəşə tutuldu

Dekabrın 29-u axşam saatları və gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Qaraiman yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb: "Bildiririk ki, baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026