2024-cü il ərzində ölkədə baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1649 olub.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, ötən il yanğın hadisələri zamanı 40 nəfər həlak olub, 210 nəfər xəsarət alıb. Bu da 2023-cü illə müqayisədə yanğından həlak olanlar üzrə 1 nəfər və ya 2%, xəsarət alanlar üzrə 42 nəfər və ya 25% çoxdur.