• Bakı 13° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Ötən sutka 59 yanğına çıxış olub - FHN

HADİSƏ

06 Avqust 2024 | 10:40 | Müəllif: Əli Hüseynov

Ötən sutka 59 yanğına çıxış olub - FHN

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu haqda FHN-nin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib.

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 59 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib, yanğın zamanı 10 nəfər təxliyə olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR