• Bakı 19° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.6703

    RUB - 0.0285

"Özümü döyürəm" - Məşhur aktrisa

MƏDƏNİYYƏT-ŞOU

17 Avqust 2022 | 22:45

Özümü döyürəm - Məşhur aktrisa

Türkiyəli məşhur aktrisa Tuba Büyüküstün diqqətçəkən açıqlamalarla gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, uzun müddətdir uğurlu aktyorluq performansından danışılan aktrisa “L'Officiel Türkiye” jurnalına müsahibə verib:

“Özünlə üzləşmək özünü tanımaqdan keçir. Məncə, bu, insanın ən çətin imtahanıdır. İçimizə baxa bilmək üçün ürəyin gözlərini açmaq lazımdır. Əks halda özündən qaçmaq çox asandır. Hər zaman hər mövzuda ürəklə beyin arasında ilişib qalıram. Düşündükcə fikirlərim daha çox qarışır. Özümü döyürəm. Özünüz ola biləcəyiniz halda başqalarına görə formalaşmağa başlamaq çox təhlükəlidir”.

Aktrisa deyib ki, bir əlaqənin başlanğıcı necə qeyd edilirsə, son nöqtəsi də eyni həvəslə qeyd olunmalıdır:

“İki nəfər əl-ələ verib deməlidir: “Artıq yolun sonudur”. Bu müddəti qeyd edərək “bitirək” deyə bilmək çox gözəl bir şeydir. Niyə bacarmırıq, heç özüm də bilmirəm”.(Oxu.az)


SON XƏBƏRLƏR

24 Sentyabr 2022