• Bakı 10° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Pandemiya uşaqların inkişafını gerilətdi

DÜNYA

02 Avqust 2023 | 11:32

Pandemiya uşaqların inkişafını gerilətdi

​​​​​​COVİD-19-un uşaqların sosial və emosional inkişafını gerilədib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki. bu, İngiltərədəki Maliyyə Tədqiqatları İnstitutunun (IFS) araşdırmasının nəticəsidir.

Valideynlər arasında aparılan sorğuya görə, uşaqların çoxunda pandemiyanın ilk ilində emosional və sosial inkişafda geriləmə yaşanıb.

Ailədəki kiçik uşaqların digərlərinə nisbətən mənfi təsirə məruz qalma ehtimalının daha çox olduğu bildirilib.

Bundan əlavə, pandemiya səbəbindən iş yerini dəyişən və ya məcburi məzuniyyətdə olan valideynlərin övladlarının sosial və emosional bacarıqlarının daha çox pisləşdiyi qeyd olunub.

İngiltərədə 4-16 yaş arası uşaqları olan 6095 valideyn arasında keçirilən sorğuda valideynlərə uşaqlarının davranışı ilə bağlı suallar verilib. Sorğu nəticəsində həm varlı, həm də kasıb ailələrdən olan uşaqların sosial və emosional inkişafına pandemiyadan mənfi təsir göstərdiyi məlum olub.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR