Fransa paytaxtı Avropada sürətlə yayılan xəstəlik daşıyıcıs pələng ağcaqanadlarını öldürmək üçün ilk dəfə dezinfeksiya edilib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bununla əlaqədar Parisin cənubunda yollar bağlanıb. Zərərvericilərlə mübarizə podratçıların ağaclara, yaşıllıqlara və ağcaqanadların çoxaldığı ərazilərə pestisidlər səpdiyi üçün insanlardan evdə qalmaları istənilib.
Belə mənzərələrə Cənub-Şərqi Asiyanın tropik şəhərlərində rast gəlinir. Denq, çikunqunya və Zika viruslarını daşıya bilən pələng ağcaqanadları Avropada da getdikcə daha çox yayılır.
"Bu, Parisdə bir ilk idi, lakin Fransada birinci deyil. Fransanın cənubu bir neçə ildir ki, pələng ağcaqanadlarından əziyyət çəkir", - Paris merinin səhiyyə siyasətinə cavabdeh müavini Ann Souyris BFM televiziyasına deyib.
Şəhər rəsmiləri, təxminən, 12 milyon insanın yaşadığı Paris bölgəsində inkişaf edən çirklənmə zəncirinin qarşısını almağa çalışır.
Əgər pələng ağcaqanadı xaricdən virus gətirmiş insanı sancırsa, həmin şəxs xəstəliyin daşıyıcısına çevrilir. Aedes albopictus kimi də tanınan pələng ağcaqanad bu əsrin ilk onilliyində Cənubi Avropaya gəlib. O vaxtdan Fransa, Almaniya və İsveçrədə məskunlaşmaq üçün sürətlə şimala köçüb.
Sağlamlıq mütəxəssisləri bildirirlər ki, qitədə milçəklər inkişaf edir. İsti havalar onların yumurtadan çıxma müddətini qısaldıb, qış ayları da artıq onları öldürəcək qədər soyuq deyil.
Ay Tac















