• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Papa Türkiyəyə gəmi ilə yardım göndərdi

DÜNYA

15 Fevral 2023 | 20:23 | Müəllif: Subhan Mahmudov

Papa Türkiyəyə gəmi ilə yardım göndərdi

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk adından Türkiyədə dağıdıcı zəlzələlərdən zərərçəkmiş insanlar üçün humanitar yardım göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, yardımı daşıyan “Aurelia” adlı gəmi fevralın 15-də Neapol limanından yola düşüb və iki gün sonra Türkiyənin Hatay vilayətinin İsgəndərun limanına çatacaq.

Papa Fransisk Tvitter hesabında yardımla bağlı qeyd edib:

“Türkiyədə və Suriyada zəlzələdən əziyyət çəkənləri unutmayaq. Həlak olanlar və onların yaxınları üçün dua etməyə davam edək. Sağ qalanlara kömək etmək üçün konkret öhdəlik götürək. Rəbbim bu dəhşətli faciədən əziyyət çəkən insanlara təsəlli versin”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026