• Bakı 9° C

    12.07 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İrəvan meri istefa verdi

DÜNYA

17 Mart 2023 | 17:52

İrəvan meri istefa verdi

Ermənistanın paytaxtı İrəvan şəhərinin meri Qraçi Sarkisyan vəzifəsindən istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

O, martın 17-də İrəvan şəhər Ağsaqqallar Şurasının növbədənkənar iclası zamanı istefa ərizəsini təqdim edib.

Q.Sarkisyan iclasdakı çıxışı zamanı 2021-ci ilin sonunda çətin siyasi dövrdə vəzifəsinin icrasına başladığını xatırladıb. Onun istefasına səbəb olaraq hakim partiya ilə arasındakı ziddiyyət göstərilir.

Q.Sarkisyan 2021-ci il dekabrın 25-də vəzifəsinin icrasına başlayıb. Növbəti seçkiyədək mer vəzifəsini vitse-mer Tiqran Avinyan icra edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026