• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ruslar bu şəhərdən qaçmağa hazırlaşır: Təxliyə planı...

DÜNYA

16 Aprel 2023 | 16:08 | Müəllif: Subhan Mahmudov

Ruslar bu şəhərdən qaçmağa hazırlaşır: Təxliyə planı...

Zaporojye vilayətinin Enerqodar şəhərində rus işğalçıları Ukrayna ordusunun əks-hücumunu gözləyirlər və şəhərdən qaçmağa hazırlaşırlar.

Bakıvaxtı.az xəbər verir ki, bunu Enerqodar şəhərinin rəhbəri Dmitri Orlov deyib.

“Bunu təkcə qazılmış səngərlər, şəhərə yaxın ərazilərin minalanması deyil, həm də təxliyə planı da sübut edir”, - Orlov bildirib.

Onun sözlərinə görə, şəhərdəki təhsil müəssisələrində talançılıq artmağa başlayıb:

“3 saylı uşaq bağçasından yataqları, döşəkləri və digər əşyaları çıxarmağa başlayıblar. 2 saylı gimnaziyadan isə partalar, şkaflar və digər inventarlar çıxarılır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026