• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Kadırov əsirlikdən qayıdan çeçenlərlə görüşdən imtina etdi

DÜNYA

16 Aprel 2023 | 12:52 | Müəllif: Subhan Mahmudov

Kadırov əsirlikdən qayıdan çeçenlərlə görüşdən imtina etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna əsirliyindən qayıdan çeçen hərbçilərlə görüşməkdən imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, Kadırov bu barədə Teleqram kanalında elan edib.

“Hesab edirəm ki, çeçen döyüşçünün əsir düşməyə haqqı yoxdur. Bəhanələr fərqli ola bilər, amma nə olursa olsun, döyüşçü başqa seçimi olmadığını göstərməlidir. Bunu da cəbhə xəttinə qayıtmaqla sübut etməlidir”, - Kadırov bildirib.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasındakı son əsir mübadiləsi zamanı 5 kadırovçu Rusiyaya təhvil verilib. Kadırovçular döyüş zamanı sursatları qalmadığı üçün əsir düşdüklərini bildirmişdilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026