• Bakı 9° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Abidələr böhranı" böyüyür: Rusiyaya nota verildi

DÜNYA

16 May 2023 | 10:33 | Müəllif: Qalib İbrahimoğlu

"Abidələr böhranı" böyüyür: Rusiyaya nota verildi

Polşa Rusiyaya nota verib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu, Rusiyanın İrkutsk şəhəri yaxınlığında yerləşən “Rusiyada siyasi repressiya qurbanlarının xatirəsinə ucaldılan Polşa abidəsi"nin götürülməsi ilə bağlıdır.

Polşanın Moskvadakı səfiri Krzysztof Krajewski Litva qurbanlarının xatirəsinə ucaldılan taxta xaçın da, Polşa abidəsinin də götürüldüyünü deyib. O, zülm qurbanlarını milliyyətinə görə ayırmadıqlarını, hər iki abidənin onlar üçün çox dəyərli və önəmli olduğunu bildirib.

Xaricdəki Polşa icması tərəfindən maliyyələşdirilən Polşa abidəsinin 2015-ci ildə yerli hakimiyyət orqanlarının icazəsi ilə ucaldıldığını xatırladan Krajevski Polşa və Litva abidələrinin götürülərək naməlum yerə aparılmasının əleyhinə olduqlarını bildirib. O, səfirlik olaraq Rusiya Xarici İşlər Nazirliyinə verdikləri notada çox əhəmiyyətli anım yerləri olan iki abidənin sökülməsinin səbəbini və harada aparıldığını soruşduqlarını bildirib.

İrkutsk şəhəri yaxınlığındakı “Rusiyada siyasi repressiyalara məruz qalmış polyaklara abidə” 1930-cu illərdə Sovet İttifaqında kütləvi repressiya nəticəsində həlak olmuş polyakların dəfn olunduğu qəbiristanlığın yanında yerləşirdi. Bir neçə vaxtdır diplomatik münasibətləri problemli olan Polşa və Rusiya bir müddət əvvəl Rusiya səfirliyinə bağlı orta məktəb binasını Varşava bələdiyyəsi tərəfindən ələ keçirib, Rusiyaya məxsus SU-34 qırıcısı isə patrul xidmətində olan Polşa Sərhəd Mühafizəsi təyyarəsinə yaxınlaşıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026