"İndi mayın 14-də əldə etdiyimiz uğuru daha böyük qələbə ilə taclandırmağın vaxtıdır".
Bakıvaxtı.az bunu Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərin ikinci turu ilə bağlı etdiyi Tviter paylaşımında bildirib.
Ərdoğanın 28 may seçkisi ilə bağlı paylaşımında deyilir:
" "Cümhur" İttifaqı olaraq biz ölkəmizin ən kritik seçkilərinin ilk sınağından çıxdıq.
Təxribatlara yol vermədən, təzyiqlərə məhəl qoymadan, qorxuya düşmədən, çətinliklər qarşısında təslim olmadan mübarizə apardıq. Zəhmətinizə, zəhmətinizə və fədakarlığınıza görə hər birinizə təşəkkür edirəm.
Rəbbimə min dəfə şükür edirəm ki, mənə sizin kimi yoldaşlar verdi. İndi mayın 14-də əldə etdiyimiz uğuru daha böyük qələbə ilə taclandırmağın vaxtıdır..."
Ərdoğan qeyd edib ki, namizədi olduğu ittifaq öz siyasətinin mərkəzinə milli iradəni, vətənə, millətə xidmət eşqini qoyan bir ittifaqdır: "Bizə qayğı göstərən, bu məqsədlə lazım olanda tanklara meydan oxuyan millətimizə minnət borcumuzu ancaq daha çox çalışmaqla, daha çox qaçmaqla ödəyə bilərik.
İnşallah, qarşıdakı günləri ən yaxşı və məhsuldar şəkildə dəyərləndirəcəyik. Allahın izni ilə 28 Mayı Türkiyənin Yüzyılının müjdəçisi edəcəyik", - deyə Ərdoğan paylaşında vurğulıayıb.
Murad Məmmədli




jpg-1686805496.webp)











