• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Paris-2024: Paralimpiyaçılarımızın ilk qrupu Vətənə döndü -FOTOLAR

İDMAN

04 Sentyabr 2024 | 07:23 | Müəllif: Qalib İbrahimoğlu

Paris-2024: Paralimpiyaçılarımızın ilk qrupu Vətənə döndü -FOTOLAR

Fransanın paytaxtı Paris şəhərində təşkil edilən Yay Paralimpiya Oyunlarında 1 qızıl və 1 bürünc qazanaraq ikinci olan parataekvondo üzrə Azərbaycan milli komandası Vətənə dönüb.

Bakıvaxtı.az  xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar. Turnirdə 3 parataekvondoçu ilə təmsil olunan yığmanın üzvləri ümumilikdə 2 medal əldə ediblər.

İmaməddin Xəlilov (K44, 70 kiloqram) qızıl, Sabir Zeynalov (K44, 58 kiloqram) bürünc medal qazanıbsa, Əbülfəz Abuzərli (K44, 80 kiloqram) 1/4 finala kimi irəliləyib.

Azərbaycan millisi yekun sıralamada yalnız Türkiyə seçməsindən geri qalıb.

Üçüncü sırada isə Böyük Britaniya komandası yer alıb.

Qeyd edək ki, parataekvondo yarışlarında ümumilikdə 52 ölkə təmsil olunub.


Paris-2024: Paralimpiyaçılarımızın ilk qrupu Vətənə döndü -FOTOLARParis-2024: Paralimpiyaçılarımızın ilk qrupu Vətənə döndü -FOTOLARParis-2024: Paralimpiyaçılarımızın ilk qrupu Vətənə döndü -FOTOLARParis-2024: Paralimpiyaçılarımızın ilk qrupu Vətənə döndü -FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026