• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

"Paris-2024": iki güləşçimiz ilk dəfə meydana çıxır

İDMAN

08 Avqust 2024 | 09:55

Paris-2024: iki güləşçimiz ilk dəfə meydana çıxır

Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün sərbəst güləşçilərin mübarizəsi start götürəcək.

İlk gündə iki çəkidə qarşılaşmalar başlayacaq. Azərbaycan millisi hər iki kateqoriyada təmsil olunacaq. Güləş yarışları Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.

Sərbəst güləş
57 kq
1/8 final
Əliabbas Rzazadə yarışa 1/8 finaldan başlayacaq. Avropa çempionatlarının qızıl və gümüş mükafatçısının ilk rəqibi Özbəkistan təmsilçisi Qulomjon Abdullayev olacaq.

86 kq
Osman Nurmaqomedov da ilk görüşünə 1/8 finalda çıxacaq. O, monqolustanlı Baasanyarqal Byambasuren ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu iki çəkidə təsəlliverici qarşılaşmalar və medal görüşləri sabah təşkil olunacaq. /idman.biz


SON XƏBƏRLƏR

09 Sentyabr 2024