• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Parlament sədrləri İsveçrədə görüşə bilər - “Sputnik Armenia”

SİYASƏT

07 Fevral 2024 | 09:27

Parlament sədrləri İsveçrədə görüşə bilər - “Sputnik Armenia”

Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin rəhbəri Alen Simonyan martın 23-27-də İsveçrədə görüşə bilər.

Bakıvaxtı.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamenti sədrinin ofisindən uyğun sorğuya cavab olaraq bildirilib.

Məlumata görə, konkret təkliflər hələ daxil olmayıb, görüşün belə formatı müzakirə edilə bilər.

Bir müddət əvvəl Beynəlxalq Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Sahibə Qafarova ilə Alen Simonyanın danışıqlarına qurumun ev sahibliyi edəcəyinin planlaşdırıldığını bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026