• Bakı C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Parlamentin yaz sessiyası İŞƏ BAŞLADI - YENİLƏNİB

SİYASƏT

02 Fevral 2026 | 11:00

Parlamentin yaz sessiyası İŞƏ BAŞLADI - YENİLƏNİB

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası öz işinə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, iclasa parlamentin sədri Sahibə Qafarova sədrlik edib. O, yaz sessiyasını açıq elan etdikdən sonra Dövlət Himni səsləndirilib. İlk iclasın gündəliyinə sosial təminat, pensiya sistemi, tibbi sığorta ilə bağlı qanun layihələri də daxil olmaqla ümumilikdə 16 məsələ salınıb.

Parlamentin gündəliyini təqdim edirik:

1. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya Qanunu (II oxunuş).

2. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu (II oxunuş).

3. Milli Məclisin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planının təsdiqi.

4. Milli Məclisin Hesablayıcı komissiyasının yaradılması.

5. Milli Məclisin İntizam komissiyasının yaradılması.

6. İTV Yayım Şurası üzvlüyünə namizədlərin seçilməsi.

7. Azərbaycan Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişin təsdiqi.

8. Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviqi haqqında” 187 nömrəli Konvensiyasının təsdiqi.

9. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə.

10. Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi.

11. Vergi Məcəlləsinə, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlara dəyişikliklər paketi (I oxunuş).

12. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi (I oxunuş).

13. Gömrük Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanuna dəyişikliklər (I oxunuş).

14. “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlara dəyişikliklər (I oxunuş).

15. “Patent haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş).

16. “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə (II oxunuş).

Əli Hüseynov

***

09:13

Bu gündən Milli Məclisin yaz sessiyası fəaliyyətə başlayır.

Bakıvaxtı.az-ın məlumatına görə, fevralın 2-də keçiriləcək ilk plenar iclasın gündəliyinə 16 məsələ daxil edilib.

Parlamentin daxili qaydalarına əsasən yaz sessiyası fevralın 1-də açılır və mayın 31-nə qədər davam edir. Əgər fevralın 1-i bayram, istirahət və ya səsvermə keçirilməyən günə təsadüf edərsə, sessiyanın açılışı növbəti ilk iş günündə həyata keçirilir.

İlk iclasda Hesablayıcı Komissiyanın və İntizam Komissiyasının tərkibi müəyyənləşdiriləcək.

Xatırladaq ki, Milli Məclis hər il yanvarın 1-dən 15-nə qədər tətil rejimində olur və deputatlar bu müddətdə məzuniyyətdə sayılır. Yanvarın 15-dən fevralın 1-dək isə parlament komitələrinin iclasları təşkil olunur.

Əli Hüseynov


SON XƏBƏRLƏR

01 Fevral 2026