• Bakı 21° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Paşinyan: “Azərbaycanla sülh mümkündür və əlçatandır"

DÜNYA

27 Sentyabr 2024 | 16:37

Paşinyan: “Azərbaycanla sülh mümkündür və əlçatandır

Ermənistanın baş naziri Nikol Paşinyan sülh prosesi ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, Paşinyan Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında çıxışında Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarına toxunub.

Ermənistanın baş naziri BMT-dəki əvvəlki çıxışlarında Azərbaycan-Ermənistan sülh danışıqlarının dalana dirənməsi ilə bağlı bəyanatının artıq qüvvədə olmadığını qeyd edib və deyib:

"Demək istərdim ki, Azərbaycanla sülh mümkün olduğu qədər də əlçatandır".

Paşinyan xatırladıb ki, Azərbaycan və Ermənistan arasında sərhədin müəyyən edilməsi üzrə iki ölkənin komissiyalarının iş prinsiplərini tənzimləyən birgə əsasnamə avqustun 30-da imzalanıb və bu, iki ölkə arasında imzalanmış ilk hüquqi sənəddir.

Sözügedən reqlamentin imzalanmasının Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq onların ərazi bütövlüyünü tanıması və bir-birindən heç bir ərazi iddiası olmaması barədə razılaşmanın göstəricisi olduğunu deyən Paşinyan bildirib ki, sülh sazişini imzalamaq qalır.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR