“Proseslər bir neçə gün davam edəcək. Bu hadisə, əksinə sülh müqaviləsinə təkan verəcək. Paşinyan çalışacaq ki, ilin sonuna qədər sülh müqaviləsi imzalasın”.
Bunu Bakıvaxtı.az-a politoloq Cümşüd Nuriyev İravanda keçirilən aksiları dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, İrəvanda gedən proseslər tamamilə təbii məsələdir: “Bizim 1992-1993-cü illərdə yaşadığımızı indi ermənilər yaşayırlar. Bu prosesin Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnəcəyinə inanmıram. Paşinyanı öldürə bilərlər. Buna maraqlı olan Rusiyanın təhlükəsizlik orqanlarıdır, Amerika Paşinyanın hakimiyyətdən getməsində maraqlı deyil. Nəzərə alsaq ki, 2 milyonluq ölkədə ABŞ 2 min nəfərlik səfirlik yaradıb, deməli, Paşinyanın hakimiyyətdə qalması ABŞ-ın maraqları çərçivəsindədir”.
Politoloq qeyd edib ki, Ermənistanda dövlət çevrilişi olacağı da inandırıcı görünmür: “Ermənistan müxalifətini əsas maliyyəlışdirən ABŞ-dır. Onlara tapşırıb ki, bir neçə gün hay-küy salın, sonra çəkilib oturun. Xaricin əlində olan bir müxalifətdir, ona görə Ermənistanda bu məsələlər oktyabra qədər tam səngiyəcək”.
C.Nuriyev bildirib ki, müxalifət partiyalar da gələcəkdə ABŞ-a və ya başqasına lazım olanda özünü siyasi cəhətdən satmaq üçün belə addımlar atmalıdır: “Bu, bizə tanış olan bir şeydir, çünki bizdə də eyni cür davam edir. Hansı ölkəyə siyasi təyziq göstərirlərsə, müxalifətindən yararlanırlar. Mitinqlər Paşinyanı sülh müqaviləsindən yayındırmayacaq. Paşinyanı öldürməsələr, ilin axırına qədər bu müqaviləni imzalayacaq”.
Aytac Aslan