• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Paşinyan Moskvaya meydan oxudu: Tələblərimiz cavabsız qalsa...

SİYASƏT

23 Fevral 2024 | 09:52

Paşinyan Moskvaya meydan oxudu: Tələblərimiz cavabsız qalsa...

Ermənistan baş naziri Nikol Paşinyan "France24" telekanalına müsahibə verib.

Bakıvaxtı.az xəbər verir ki, Paşinyan bir çox məsələlərlə yanaşı, Rusiya hərbçilərinin Ermənistandan adam qaçırması məsələsinə toxunub.

"Ermənistanda fərari Dmitri Setrakovun rus əsgərləri tərəfindən qaçırılması narahatlıq doğurur. Biz öz ərazimizdə qanunsuz hərəkətlərə dözə bilmərik: İrəvanın tələbləri cavabsız qalsa, nəticələri olacaq", - o qeyd edib.

Nikol Paşinyan Rusiya hakimiyyətinin mövqeyini tənqid edib. Onun sözlərinə görə, Rusiya bir neçə ay əvvəl açıq şəkildə erməni əhalisini hökuməti devirməyə çağırır. Paşinyan əlavə edib ki, Moskvadan ona qarşı bu təbliğat dayanmadan davam edir.

Qeyd edək ki, ötən ilin dekabr ayının 10-da Helsinki Vətəndaş Assambleyası hüquq müdafiə təşkilatının Vanadzor bölməsi Rusiya hərbçilərinin Gümrüdə rusiyalı Dmitri Setrakovu saxladığını bildirib. Hüquq müdafiəçiləri onun barəsində səfərbərlikdən yayınma və hərbi hissəni icazəsiz tərk etmə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 337-ci maddəsinin 5-ci hissəsi) maddəsi ilə cinayət işi açıldığını əlavə ediblər.

İnsan haqları təşkilatının rəhbəri Artur Sakunts bildirib ki, rusiyalı müqaviləli hərbçi olub və Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Ermənistana köçüb.


SON XƏBƏRLƏR

26 Iyul 2024