• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Paşinyanla görüşmək istəyən deputatlar buna hazır olmalıdır

DÜNYA

14 Iyun 2023 | 11:28

Paşinyanla görüşmək istəyən deputatlar buna hazır olmalıdır

Ermənistanın Baş naziri Nikol Paşinyanın təhlükəsizlik xidməti görüşdən əvvəl millət vəkillərinin telefon və “ağıllı saat”larını toplayır.

Bakıvaxtı.az “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndəsi Ovik Ağazaryan açıqlayıb. 

Onun sözlərinə görə, buna səbəb onların görüş zamanı diqqətinin yayınmasına və TikTok-a daxil olmasına əngəl olmaqdır. 

“Hraparak” qəzeti isə yazır ki, bu yaxınlarda Paşinyanın da iştirak etdiyi məmurlardan birinin oğlunun toyunda Baş nazir gəlməzdən əvvəl təqribən 900 qonaq ayrı-ayrılıqda təhlükəsizlik əməkdaşları tərəfindən metal detektorlar vasitəsilə yoxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR