• Bakı 20° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Rusların iki bölüyü MƏHV EDİLDİ

DÜNYA

14 Iyul 2023 | 00:45 | Müəllif: Subhan Mahmudov

Rusların iki bölüyü MƏHV EDİLDİ

Tavriya istiqamətində Ukrayna qoşunları rusların demək olar ki, iki bölüyünü məhv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tavriya” qoşunlarının əməliyyat-strateji qrupunun komandanı briqada generalı Aleksandr Tarnavski məlumat verib.

"Ötən sutka ərzində düşmən mövqelərimizə 25 dəfə hücum edib, 615 dəfə atəşə tutub", - Tarnavski bildirib.

Eyni zamanda, Ukrayna artilleriya bölmələri 1337 atəş missiyasını yerinə yetirib. Rusların 22 hərbi texnikası da məhv edilib.

Bundan başqa, düşmənin 3 silah-sursat anbarı və yanacaq-sürtkü materialları olan anbar da məhv edilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026