• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ İranın 6 milyard dollarlıq aktivlərini blokdan çıxardı

DÜNYA

12 Avqust 2023 | 21:14

ABŞ İranın 6 milyard dollarlıq aktivlərini blokdan çıxardı

ABŞ İranla məhbus mübadiləsi sazişi çərçivəsində Tehranın 6 milyard dollarlıq aktivlərini blokdan çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin bildirib.

"Uğurlu diplomatiya sayəsində İranın Cənubi Koreyada olan bütün aktivləri artıq blokdan çıxarılıb" – deyə İran Mərkəzi Bankının sədri vurğulayıb.

Fərzin əlavə edib ki, tezliklə vəsaiti avroya çevirib Qətərdəki altı İran bankının hesablarına yerləşdiriləcəklər. Gələcəkdə isə vəsait sanksiya qoyulmayan malların alınması üçün istifadə olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026