• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Mərakeşdə dəhşətli zəlzələdən əvvəl səmada sirli parıltı - VİDEO

DÜNYA

11 Sentyabr 2023 | 19:51 | Müəllif: Subhan Mahmudov

Mərakeşdə dəhşətli zəlzələdən əvvəl səmada sirli parıltı - VİDEO

Mərakeşdə minlərlə insanın həlak olması ilə nəticələnən zəlzələdən əvvəl səmada güclü parıltı görünüb.

Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayımlanıb.

Qeyd edək ki, oxşar hadisə Türkiyədə fevral ayında episentri Kahramanmaraş olan təbii fəlakət zamanı da görünmüşdü. Alimlərin fərziyəsinə görə, bu, litosfer plitələrinin hərəkəti nəticəsində olur - bu zaman güclü enerji ayrılır və səmada parlamalar baş verir.

Xatırladaq ki, sentyabrın 8-də Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə zəlzələ baş verib. Son məlumata görə, fəlakət nəticəsində ölənlərin sayı 2,5 min nəfərə çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026