• Bakı 14° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Bakının mərkəzində peyda olan ilanla bağlı rəsmi açıqlama

CƏMİYYƏT

26 Sentyabr 2024 | 13:45

Bakının mərkəzində peyda olan ilanla bağlı rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakının mərkəzində ilan aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yerləşdirilib.

Belə ki, paytaxtın Nərimanov rayonu, “Gənclik” metrostansiyası yaxınlığında sakinlər ilan görüblər. Onlar bu ilanın sürünənlərin təhlükəli növünə aid olduğunu iddia ediblər.

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən Bakıvaxtı.az-a bildirilib ki, göstərilən ərazidə aidiyyəti qurumlar tərəfindən ilanlara və zərərvericilərə qarşı mühafizə və dezinfeksiya tədbirləri həyata keçirilib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026