• Bakı 22° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Pele yenidən xəstəxanaya yerləşdirildi

İDMAN

20 Yanvar 2022 | 23:47 | Müəllif: Qalib İbrahimoğlu

Pele yenidən xəstəxanaya yerləşdirildi

Braziliyalı keçmiş futbolçu Pele kimya terapiyası keçmək üçün xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, 82 yaşlı sabiq hücumçu bu məqsədlə San-Pauludakı Albert Eynşteyn xəstəxanasına yollanıb. Söhbət planlı müalicədən gedir (report). Müayinədə məqsəd veteran oyunçunun onkoloji vəziyyəti barədə informasiya almaqdan ibarətdir.

2021-ci ilin sentyabrında Pele şişin götürülməsi üçün əməliyyat olunub. Dekabrın 8-də isə o, müalicə keçməkdən ötrü planlı şəkildə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970) dünya çempionudur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR