• Bakı C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 2.0105

    RUB - 2.2069

Pensiyalar artırılıb

CƏMİYYƏT

10 Fevral 2026 | 10:17

Pensiyalar artırılıb

“Pensiyaların indeksləşdirilərək artırılması hüquqi mexanizm əsasında həyata keçirilir və bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev pensiyaların indeksləşdirilərək artırılması ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir müavini bildirib ki, sözügedən artım hüquqi mexanizm çərçivəsində həyata keçirilir. Onun sözlərinə görə, pensiya məbləğləri ilə yanaşı, hazırda işləyən şəxslərin fərdi hesablarında toplanmış pensiya kapitalı da 2026-cı ilin 1 yanvar tarixindən etibarən artırılacaq.

Rəşad Mustafayev qeyd edib ki, pensiyaların indeksləşdirilməsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə əsaslanır. Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlara görə, 2025-ci il üzrə bu artım təqribən 93 manat təşkil edəcək.

Nazir müavini vətəndaşları maraqlandıran əsas suallardan birinin yanvar ayı üzrə artımın necə ödəniləcəyi ilə bağlı olduğunu da diqqətə çatdırıb. Bildirilib ki, yanvar ayı üçün nəzərdə tutulan artım fevral ayının pensiyası ilə birlikdə ödəniləcək.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

09 Fevral 2026