Bakıvaxtı.az xəbər verir ki, Cənubi Amerika ölkəsi olan Peruda baş verən 6,1 ballıq zəlzələ nəticəsində 43 nəfər yaralanıb.
Peru Geofizika İnstitutu (IGP) Milli Seysmoloji Mərkəzi, 36 kilometr dərinlikdə meydana gələn zəlzələnin episentrinin ölkənin şimalındakı Sullana şəhərindən 12 kilometr qərbdə olduğunu açıqlayıb.
Səlahiyyətli şəxslər, zəlzələdən sonra sunami xəbərdarlığının olmadığını, ancaq ilk təyinatlara görə 3 -ü ağır olmaqla 43 adamın yaralandığını bildirib.
Dünyanın ən yüksək seysmik aktivliyinə malik ölkələrindən biri olan Peru, "Atəş Halqası" olaraq da bilinən Sakit Okean Zəlzələ Kəmərində yerləşir.
Onu da qeyd edək ki, 15 avqust 2007 -ci ildə Peruda 7,9 bal gücündə zəlzələ nəticəsində 595 nəfər həyatını itirmişdi.
Aytac Aslan















