• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda bu halda sərt karantin ola bilər - AÇIQLAMA

CƏMİYYƏT

30 Avqust 2021 | 11:17

Azərbaycanda bu halda sərt karantin ola bilər - AÇIQLAMA

“Təbii ki, əgər Operativ Qərargah vəziyyəti nəzarətdə saxlaya bilməsə, xəstəliklər bundan da artıq templə getsə, təbii ki, o zaman artıq müvafiq qərarlar veriləcək”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Razi Nurullayev bildirib.

Deputat bildirib ki, yoluxma sayının pik həddə çatmasında Operativ Qərargahın heç bir rolu yoxdur: “Yoluxmanın artmasında Operativ Qərargahı günahlandırmaq insafsızlıq olar. Bütün dünyada yoluxanların sayı artır və Azərbaycan da dünyanın bir hissəsidir. Mən düşünmürəm ki, Azərbaycanda hazırda vəziyyət kritikdir. Bizdən də kritik vəziyyətdə olan ölkələr var. Operativ Qərargahın da məlumatına görə, hazırki vəziyyəti nəzarət altında saxlamaq bacarığındadılar”.

Razi Nurullayevin sözlərinə görə, bu baxımdan hələ sərt karantinə getmək barədə də düşünülmür: “Hətta qeyd edim ki, vaksinləşmə sürətli tempdə getsə orta və Ali məktəblərdə dərslərin keçirilməsi də müzakirə olunur. Təbii ki, əgər Operativ Qərargah vəziyyəti nəzarətdə saxlaya bilməsə, xəstəliklər bundan da artıq templə getsə, təbii ki, o zaman artıq müvafiq qərarlar veriləcək. Biz artıq il yarım ərzində virusla yaşamağa öyrənmişik. Həm Azərbaycan xalqı tcrübə toplayıb, həm də Operativ Qərargahın təcrübəsi artıb. Ona görə də mən sərt karantinə getməyə ehtiyac görmürəm. Sadəcə olaraq insanlar özlərini qorusunlar, vaksinləşmə sürətləndirilsin ki, virusla yaşamağı öyrənək. Çünki sərt karantinə getmək iş yerlərinin bağlanması və insanların sosial vəziyyətinin ağırlaşması deməkdir. Ona görə də hökümət sərt karantinə getmək istəmir. Biz də vətəndaş olaraq vaksinləşməyə getməli və ətrafımızı da peyvənd olunmağa dəvət etməliyik”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026