• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda kişini bıçaqlayıb, pulunu oğurladılar

CƏMİYYƏT

28 Sentyabr 2021 | 23:35 | Müəllif: Subhan Mahmudov

Bakıda kişini bıçaqlayıb, pulunu oğurladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az-ın report-a istinadən məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Lökbatan qəsəbəsində 1970-ci il təvəllüdlü Fərəcov Qalib Məmmədxan oğlu bir, yaxud bir neçə şəxs tərəfindən əvvəlcə rezin dəyənəklə döyülərək başından xəsarət alıb, sonra isə bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona alın nahiyəsinin əziyi və qarın boşluğunun 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozları qoyulub. Yaralı əməliyyat olunub.

Q.Fərəcovun dediyinə görə, o, bıçaqlandıqdan sonra üzərində olan pul qarət edilib.

Hadisənin təfərrüatı araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026