• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Milli Məclisin deputatları tətildən qayıdıblar

CƏMİYYƏT

30 Avqust 2021 | 09:07

Milli Məclisin deputatları tətildən qayıdıblar

Azərbaycan Milli Məclisinin deputatları bu gün tətildən qayıdıblar.

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin daxili nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir.

Parlamentin komitə iclaslarının keçirilməsinə sentyabr ayından başlanılacaq.

Konstitusiyaya uyğun olaraq, Milli Məclis hər il yaz və payız sessiyalarına toplaşır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR