Kreml Fransa prezidenti Emmanuel Makronun növbəti səkkiz-on gün ərzində Rusiyaya təzyiqləri artırmaq zərurəti barədə bəyanatları ilə əlaqədar təəccübünü ifadə edib.
Bakıvaxtı.az-ın "İnterfaks"a istinadən məlumatına görə, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Elə təəssürat yaranır ki, Fransada Putin prezidentin dəfələrlə təkrarladığı, Rusiyanın heç bir ilkin şərt olmadan danışıqlar prosesinə başlamağa hazır olduğu barədə bəyanatlarını eşitməyə əziyyət çəkmirlər", - deyə o bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfi hələ də buna reaksiya verməyib.
"Hər hansı təzyiqin gücləndirilməsi zərurəti barədə danışmaq - təəssüf ki, Avropa paytaxtlarında müharibə xəttinin davam etdirilməsinə istiqamətlənməyi üstün tutduqlarını təsdiqləyir, biz isə hələ də prosesi sülh nizamlanması məcrasına çıxarmaq üçün səylərin davam etdirilməsinə istiqamətlənirik", - deyə Peskov bildirib.