Dünyanın ən zəngin adamı - milyarder İlon Mask özünün X sosial şəbəkəsində ABŞ Hökumətinin Effektivliyi İdarəsinin rəhbəri vəzifəsindən getdiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, “Associated Press”in məlumatına görə, milyarder Vaşinqtonda tanış olmayan mühitə uyğunlaşmaq üçün mübarizə aparıb və gözlədiyindən qat-qat az nailiyyət əldə edib.
Ağ Evdəki anonim mənbə Maskın vəzifəsindən getdiyini təsdiqləyib. Mask sosial mediada yazıb ki, onun “xüsusi dövlət işçisi kimi” müddəti başa çatıb.
İlon Mask ABŞ Prezidenti Donald Trampa "israf xərclərini azaltmaq səylərinə görə" təşəkkür edib.
“Forbes”in reytinqinə əsasən, İlon Maskın sərvəti hazırda 428,6 milyard dollara çatıb.