• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Peyvəndlənmə ilə bağlı dövlət qurumlarına müraciət edildi-AÇIQLAMA  

GÜNDƏM

24 Avqust 2021 | 13:48

Peyvəndlənmə ilə bağlı dövlət qurumlarına müraciət edildi-AÇIQLAMA

“Azərbaycan Respublikasında daimi və müvəqqəti yaşayan soydaşlarımız COVID-19 xəstəliyinə qarşı peyvənd olunmaqla bağlı ciddi problemlər yaşanır”.

Bunu Bakıvaxtı.az-a SOYDAŞ İctimai Birliyinin İdarə Heyəti sədri Kamran Ramazanlı bildirib.

O, qeyd edib ki, soydaşlarımızın peyvəndlənmə prosesi Sumqayıt şəhəri 2 saylı poliklinikasında aparılır: “Bakı şəhərində, “Semaşko” adlanan xəstəxanada yalnız 1, 2 və 5 illik qeydiyyatı olanlara peyvənd olunur. Soydaşlarımızın böyük çoxluğu 90 günlük qeydiyyatla yaşadıqları üçün, ciddi problemlərlə üzləşirlər.

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycan Respublikasında 100 minə yaxın daimi və müvəqqəti qeydiyyatla yaşayan Gürcüstan vətəndaşları vardır. Soydaşlarımızın əksəriyyəti Bakı, Sumqayıt və Gəncə şəhərlərində yaşayırlar. Aidiyyatı dövlət qurumları, problemlərin aradan qaldırılması üçün müvafiq qərarlar verməlidirlər. Adı çəkilən şəhərlərimizdə, peyvənd olunma məntəqələrinin sayı artırılmalıdır”.

K.Ramazanlı hesab edir ki, Səhiyyə Nazirliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB), Dövlət Miqrasiya Xidməti və Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndələri birgə bu məsələlərin həllinə tez bir zamanda nail ola bilərlər”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026