• Bakı 27° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Azərbaycana payız gəldi

GÜNDƏM

22 Sentyabr 2021 | 23:24 | Müəllif: Subhan Mahmudov

Azərbaycana payız gəldi

Bu gün Bakı vaxtı ilə saat 23:21-də Azərbaycana payız fəsli daxil olub.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Bakıvaxtı.az-a verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşir.

Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 21-ə qədər davam edəcək. Dekabrın 21-i saat 19:59-da qış fəsli payızı əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətiricək (Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur).

Həmin gün ən qısa gündüz və ən uzun gecə olacaq. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026