• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkiyəli hərbçilərin Qarabağda minatəmizləmə görüntüləri - VİDEO

GÜNDƏM

22 Oktyabr 2021 | 18:20 | Müəllif: Subhan Mahmudov

Türkiyəli hərbçilərin Qarabağda minatəmizləmə görüntüləri - VİDEO

Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Mina Axtarış və Təmizləmə Qrupları Azərbaycan Ordusuna dəstək məqsədi ilə ermənilərin basdırdıqları minaların axtarışındadır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TRT Haber”in Qarabağdan hazırladığı süjetdə qeyd edilir.

Türkiyəli hərbçilər Azərbaycanın azad etdiyi torpaqlara sakinlərin daha tez və daha təhlükəsiz qayıtması üçün böyük səylə çalışırlar.

Komandalarda 130-dan çox işçi çalışır. Onlar bir tərəfdən minaları təmizləyir, digər tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə təlim keçirlər.

Əsgərlərin fəaliyyətini xüsusi təlim keçmiş itlər müşayiət edir.

Qarabağ missiyası üçün bölgədə olan türkiyəli hərbçilər Ağdam və Cəbrayıl bölgələrində vəzifələrini davam etdirirlər.

Həmin süjeti təqdim edirik:

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR