• Bakı 9° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Putin Paşinyanla Qarabağı müzakirə edib

GÜNDƏM

21 Noyabr 2021 | 13:53

Putin Paşinyanla Qarabağı müzakirə edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.

“2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi kontekstində regiondakı vəziyyətin və onun sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsi davam etdirilib. Nikol Paşinyan Rusiyanın fəal vasitəçilik səylərinə görə minnətdarlığını bildirib", - məlumatda deyilir.

Qeyd edək ki, bu, tərəflər arasında həftə ərzində baş tutan sayca ikinci telefon danışığıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR