• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Türkiyədən Azərbaycana gətirilən mallar ucuzlaşacaq? - AÇIQLAMA

GÜNDƏM

22 Oktyabr 2021 | 18:17

Türkiyədən Azərbaycana gətirilən mallar ucuzlaşacaq? - AÇIQLAMA

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) keçən ay faiz endiriməsindən sonra Türk Lirəsinin ucuzlaşması sürətlə davam edir. Son məlumata görə, bu gün 1 dollar 9,62 lirəyə qədər bahalaşıb.

İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından olan Türkiyənin milli valyutasının dollar qarşısında rekord ucuzlaşması qardaş ölkədən gətirilən məhsulların qiymətinə təsir göstərməyəcək.

“İqtisadi nəzəriyyəyə görə, Azərbaycana Türkiyədən idxal olunan mal-məhsullar ucuzlaşmalıdır. Məmləkətdə məntiq adlı məvhum işləmədiyinə görə Türkiyədən gətirilən məhsullar ucuzlaşmayacaq”, - deyə N.Cəfərli bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan manatının rəsmi məzənnəsi inzibati qaydada tənzimlənir: "Bizdə bazar iqtisadiyyatı qanunları çalışmı. Bizdə manata təsir edən əsas amil neft qiymətləridir. Neft qiymətlərinin hələlik çox yüksək səviyyədə olması, manata bəlli dərəcədə sabitlik gətirib. Bunu nəzərə alsaq, əgər inzibati qaydada dəyişiklik olmasa, o zaman məzənnənin dəyişdirilməsinə lüzum yoxdur. 

Ölkədə ən az devalvasiya qədər təhlükəli olan başqa proses gedir. Belə ki, manatın alıcılıq qabiliyyəti kəskin aşağı düşür. Manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi insanların real gəlirlərinin kəskin azalmasına səbəb olur, bu isə kasıblığı dərinləşdirən əsas faktorlardan biridir”.

Ramid İbrahimov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026