• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

"Pirius" ağır qəza törətdi - 4 nəfər öldü

DÜNYA

28 Oktyabr 2023 | 20:59

"Pirius" ağır qəza törətdi - 4 nəfər öldü

Rusiyanın Tıva Respublikasında iki avtomobilin toqquşması nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü sərxoş halda qarşı zolağa çıxıb və əks istiqamətdə hərəkətdə olan “Lada Priora” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü, o cümlədən biri azyaşlı uşaq olmaqla iki sərnişin ölüb.

Daha iki azyaşlı və üç böyük şəxs tibb müəssisəsinə yerləşdirilib. Qəza ilə bağlı cinayət işi açılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026