• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Planetin ən yaşlı insanı vəfat etdi

DÜNYA

23 Noyabr 2021 | 23:35

Planetin ən yaşlı insanı vəfat etdi

Filippində dünyanın ən yaşlı insanı Françiska Susano 124 yaşında dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kabankalan şəhər hökuməti məlumat yayıb.

Onun dəqiq ölüm səbəbi bəlli deyil. Amma yerli səhiyyə idarəsi təqaüdçüdə koronavirus xəstəliyinin heç bir əlamətinin olmadığını bildirib.

Şəhər rəsmiləri vurğulayıblar ki, mərhumun planetin ən yaşlı insanı statusu rəsmi olaraq Ginnesin Rekordlar Kitabı tərəfindən təsdiqlənib. Susano 11 sentyabr 1897-ci ildə anadan olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026