• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Putinin gizli qızı yoxa çıxdı

DÜNYA

23 Dekabr 2021 | 15:47 | Müəllif: Qalib İbrahimoğlu

Putinin gizli qızı yoxa çıxdı

Rusiya Prezidenti Vladimir Putinin 2000-ci illərin əvvəllərində birlikdə olduğu Svetlana Krivonoqixdən olan qızı Luiza Krivonoqixin yoxa çıxdığı iddia edilib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Luiza Krivonoqix Monakodakı dəbdəbəli evinin fotolarını “Instagram” hesabında paylaşdıqdan sonra yoxa çıxıb.

Oktyabr ayında Putinə qarşı korrupsiya ittihamları da daxil olmaqla açıqlanan sənədlər Svetlana Krivonoqixin Luizanın doğulmasından həftələr sonra Monakodakı lüks evinə köçdüyünü və maddi vəziyyətinin yaxşılaşdığını üzə çıxarmışdı. Bu bilginin ardından Luizanın “gizli eşq uşağı” olduğu iddiası daha da güclənib.

18 yaşlı Luizanın Monakodakı dəbdəbəli evindən şəkillər paylaşaraq sənədlərin həqiqiliyini təsdiqləməsinin Putinin səbrini daşırdığı deyilib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026