• Bakı 19° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Polis Ağsuda əməliyyat keçirdi - Saxlanılanlar var

CƏMİYYƏT

10 Fevral 2024 | 09:01 | Müəllif: Subhan Mahmudov

Polis Ağsuda əməliyyat keçirdi - Saxlanılanlar var

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz odlu silah-sursat saxlayan və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində üzərində odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən Ağsu şəhər sakini, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Eldəniz Burcalıyev saxlanılıb.

Onun üzərində daşıdığı bağlamaya baxış keçirilərkən 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, eləcə də həmin silaha məxsus 5 patron aşkar edilərək götürülüb. E.Burcalıyev ifadəsində həmin silahı tapdığını və gizlətmək məqsədilə yaşadığı ünvandan başqa yerə aparmaq istədiyini bildirib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbiri nəticəsində isə Əli Novruzov saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Faktlarla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işləri başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026