• Bakı 18° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Ağdaşda "04" ağaca çırpıldı: Ölən var

CƏMİYYƏT

11 Mart 2024 | 08:46 | Müəllif: Qalib İbrahimoğlu

Ağdaşda "04" ağaca çırpıldı: Ölən var

Ağdaşda ölümlə nəticələnən yol qəzası olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, martın 11-də saat 01 radələrində Ağdaş şəhəri ərazisində “VAZ-2104” markalı avtomobilin sürücüsü Mürsəl Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə ağaca, daha sonra yolun kənarında dayanan yük avtomobilinə çırpılıb.

Müxtəlif bədən xəsarətləri alan avtomobildəki sərnişin, 1981-ci il təvəllüdlü Qəhrəmanov Ceyhun Vəli oğlu hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026