• Bakı 22° C

    4.88 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Azəriqaz" gücləndirilmiş rejimdə çalışacaq

CƏMİYYƏT

09 Aprel 2024 | 20:40 | Müəllif: Subhan Mahmudov

"Azəriqaz" gücləndirilmiş rejimdə çalışacaq

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi (İB) Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Bakıvaxtı.az-a İB-dən bildirilib.

"Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104 Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə də mesajlarını göndərə bilərlər. Bayram günlərində Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) əməkdaşları 10.04.2024 - 14.04.2024-cü il tarixlərində saat 10:00-dan 14:00-dək BRQSD-nin inzibati binası, Xəzər və Qaradağ xidmət sahələrində xidmət göstərəcəklər. Həmçinin 10.04.2024 - 13.04.2024-cü il tarixlərində saat 10:00-dan 14:00-dək Sabunçu və Abşeron xidmət sahələrində əsasən itirilmiş və ya zədələnmiş smart kartların bərpası, qüsurlu ödənişlərin bərpası, koda düşmüş kartların bərpası, bir sözlə abonentin qazsız qalmaması üçün ən zəruri əməlliyyatların icrası təmin ediləcək", - məlumatda deyilir.

Bununla yanaşı, “ASAN Kommunal” mərkəzləri 13.04.2024-cü il tarixindən tam şəkildə fəaliyyətinə davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026