• Bakı 20° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Polisdən ƏMƏLİYYAT - Lalə Zeynalova saxlanıldı

CƏMİYYƏT

21 Iyun 2022 | 11:29

Polisdən ƏMƏLİYYAT - Lalə Zeynalova saxlanıldı

Lənkəranda dələduzluq edən qadın saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən rayon ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Lalə Zeynalova saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, əvvəllər də paytaxt ərazisində etdiyi analoji cinayət əməllərinə görə Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsilə axtarışda olan L.Zeynalova Lənkəranda ümumilikdə 17 nəfərin etibarından istifadə edərək yüksək məvacibli işlə təmin olunmaq və digər məsələlər barədə vədlər verməklə hər birinin ayrı-ayrı məbləğlərdə pulunu dələduzluq yolu ilə ələ keçirib.

Polis əməkdaşları həmin qadının respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlərdə iştirakını istisna etmir.

"Lalə Zeynalovanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin ərazi polis orqanlarına məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.


Polisdən ƏMƏLİYYAT - Lalə Zeynalova saxlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR