• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Hesablama Palatasında jurnalistlərlə görüş keçirilib

CƏMİYYƏT

21 Iyul 2022 | 11:21 | Müəllif: Qalib İbrahimoğlu

Hesablama Palatasında jurnalistlərlə görüş keçirilib

Hesablama Palatasında Azərbaycan Milli Mətbuatının yaranmasının 147 illiyinə həsr olunmuş “Hesablama Palatasının fəaliyyətinin ictimaiyyətə çatdırılmasında medianın rolu” mövzusunda tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, öncə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbirdə Milli Mətbuatın yaranma və inkişaf tarixinə nəzər salınıb, Ümummilli Lider Heydər Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə hər zaman xüsusi diqqət və qayğı göstərməsindən, həmçinin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkə mətbuatının daha da inkişafı məqsədilə həyata keçirdiyi tədbirlərdən bəhs olunub. Tədbirdə, eyni zamanda,  Azərbaycanın müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də inkişaf və tərəqqi əldə edilməsi vurğulanıb.

Daha sonra Hesablama Palatasının fəaliyyəti və cari ilin 6 ayı ərzində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilməklə müvafiq təqdimatlar keçirilib, media qurumları ilə işin peşəkar səviyyədə qurulmasından bəhs edilib.

Qeyd olunub ki, media nümayəndələri və ictimaiyyət Palatanın gördüyü işlər barədə məlumatları qurumun rəsmi internet səhifəsindən və sosial mediadakı hesablarından daha operativ şəkildə əldə edə bilərlər. Sonda məlumatların peşəkar səviyyədə hazırlanması və əlçatanlığın təmin olunmasına görə media nümayəndələrinə minnətdarlıq edilib.

Aytac Aslan

 


Hesablama Palatasında jurnalistlərlə görüş keçirilib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026